Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər.
Sənətçilər iştirak etdikləri məclislərdən birində “Sevirəm” adlı məşhur duetlərini səsləndiriblər.
Duet ortaqları ifaları zamanı bir-biri ilə səmimi ünsiyyəti və rəqsləri ilə diqqətləri üzərilərinə cəmləyiblər.
Pop-diva ilə meyxanaçının sözügedən görüntüsü sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, A.Kazımova və N.Qaraçuxurlu illər əvvəl duet ortağı olublar. Daha sonra tərəflər uzun müddət küsülü qalıblar.