“Qadınların istəkləri ölkədən asılı olmayaraq, eynidir. Xanımlar kişilərin xoşuna gəlmək istəyirlər. Amma son zamanlar görürəm ki, qadınlar daha çox rəfiqələrinin xoşuna gəlmək istəyirlər, nəinki kişilərin”.
Bu fikirləri Baku TV-nin “O kimdir?” verilişində tanınmış teleaparıcı, səyyah Azər Qərib deyib.
Səyahətlərindən bəhs edən jurnalist zövqdə, özlərinə baxmaqda, makiyajda, geyimdə, ailəcanlılıqda italyanlarla azərbaycanlılar arasında oxşarlıqların olduğunu qeyd edib.
“Azərbaycan gənclərinin iki kateqoriyası var. Birincisi, irəli getmək istəyir. Digəri isə “maşının siqnalı belə olsun” deyən, oxumaqla arası olmayanlardır. Xarici gənclər gündüz gedib oxuyur, axşam ofisiant işləyir. Bunu bizim gənclər bəzən özünə sığışdırmır”, – deyə gənclərlə görüşlərindən danışan səyyah deyib.
O, ən bahalı səyahəti, bir daha getmək istəmədiyi ölkə ilə bağlı suallara da aydınlıq gətirib.
Ətraflı verilişi təqdim edirik: