Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar

Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirini 2 medalla başa vurublar.

“Report”un məlumatına görə, yarışın son günündə milli komandanın iki üzvü – Vüqar Talıbov və Camal Qamzatxanov tatami üzərinə çıxıb.

90 kq-da çıxış edən Talıbov startda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq, mübarizəni dayandırıb.

100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini üstələsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb. Amma rəqib finala çıxdığından Azərbaycan cüdoçusu təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan yığmasına medalları kişilərdən Turan Bayramov (60 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qazandırıblar. Onlar müvafiq olaraq fəxri kürsünün 1-ci və 3-cü pilləsinə qalxıblar.

10:17

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq.

Oxu.Az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin 2 üzvü mübarizə aparacaq.

90 kq-da çıxış edən Vüqar Talıbov Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryanla, 100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Böyük Dəbilqə

90 kq

1/16 final: Vüqar Talıbov – Aram Qriqoryan (BƏƏ)

+100 kq

1/8 final: Camal Qamzatxanov – İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi

Qeyd edək ki, hələlik Azərbaycan yığmasının aktivində iki medal var. Kişilərdən Turan Bayramov (60 kq) turnirin qalibi, qızlardan isə Gültac Məmmədəliyeva (52 kq) 3-cü olub.

Share: