Azərbaycanın könüllü gəncləri Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olan zəlzələdən zərər çəkənlərə yardım məqsədilə qardaş ölkəyə yollanıblar.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Türkiyəyə yollanan gənclərimiz artıq Kahramanmaraşdadılar.