Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,24 ABŞ dolları və ya 2,43% azalaraq, 89,87 ABŞ dolları olub.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 ABŞ dollarına satılıb.