Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,42 ABŞ dolları, yaxud 1,8% artaraq 79,49 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.