Azərbaycan Premyer Liqasında III turun oyunlarını izləmiş azarkeşlərin sayı bəlli olub.
Oxu.Az xəbər verir ki, ən çox azarkeş sayı Masazırda keçirilən “Sabah” – “Neftçi” oyununda qeydə alınıb. 1:1 hesabıyla başa çatan görüşü 2 480 tamaşaçı tribunadan izləyib.
Ən aşağı göstərici isə “Səbail” – “Zirə” matçında olub. Qonaqların qələbə qazandığı görüşdə 700 tamaşaçı olub.
“Qəbələ” – “Sumqayıt” (1:2) qarşılaşmasına 800, “Qarabağ” – “Araz Naxçıvan” (2:1) görüşünə 1 200, “Kəpəz” – “Turan Tovuz” matçına 1 220 azarkeş canlı şahidlik edib.
Turun oyunlarını ümumilikdə 6 400 azarkeş arenadan izləyib.