Azərbaycan regionun silah istehsalçısına çevrilir

Azərbaycan regionun silah istehsalçısına çevrilir

“Rusiya-Ukrayna arasında gedən müharibə silah arsenalında məhdudiyyətlər yaratdığından “Azərsilah” QSC-nin yaranması ilə Azərbaycan regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevriləcək”.

Bu sözləri xezerxeber.az-a açıqlamsında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun fikrincə, Azərbaycan sovet-rus elmi-nəzəri bazasında istehsal edilən silahlarla dünya bazarında effektiv oyunçuya çevrilə bilər.

Qeyd edək ki, “Azərsilah” QSC-nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq.

Prezident İlham Əliyevin imzaladığı Fərmanla Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi “Azərsilah” QSC-nin tabeliyinə verilir.

Ətraflı süjetdə:

Share: