Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bu barədə o, “Twitter” hesabında yazıb.
Diplomat Türkiyə liderini Zəfər Bayramı münasibətilə təbrik edib:
“Bu gün Prezident Sarayında keçirilən mərasimdə iştirak edərək, 30 avqust Zəfər Bayramı münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana təbriklərimi çatdırmaqdan şərəf duyuram”.