Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri Mehita Fanni ilə görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektiv layihələr barədə müzakirə aparılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri xanım Mehita Fanni ilə görüşündə ölkəmizin İFC ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi vurğulanıb, təşkilatın biznes mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi kimi istiqamətlər üzrə ölkəmizdə reallaşdırılan layihələrə dəstəyinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri, o cümlədən, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı yönündə islahatlar, biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl tərəfdaşlığı, azad olunmuş əraziərimizdə reinteqrasiya tədbirləri və s. barədə məlumat verilib, İFC ilə tərəfdaşlığın gücləndirilməsi imkanları bildirilib.
Tərəflər əməkdaşlığın prioritet istiqamətləri, dövlət-özəl tərəfdaşlığının təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirə aparıblar.