“Azərbaycan və İsrail innovasiya, kibertəhlükəsizlik və təhsil sahələrində yeni sazişlər imzalayacaqlar”

“Azərbaycan və İsrail innovasiya, kibertəhlükəsizlik və təhsil sahələrində yeni sazişlər imzalayacaqlar”

“Azərbaycan və İsrail innovasiya, kibertəhlükəsizlik və təhsil sahələrində yeni sazişlər imzalayacaqlar”.

Bu barədə “Trend”ə müsahibəsində Bakıda səfərdə olan İsrailin xarici işlər naziri Eli Kohen deyib.

“Mən İsraildən Azərbaycana ən böyük nümayəndə heyəti ilə gəlmişəm. Azərbaycanla İsrail arasında münasibətlər strateji xarakter daşıyır. Ona görə də İsraildə səfirlik açılandan sonra gözəl ölkənizə gəlməyə qərar verdim. Ölkələr arasında yaxşı münasibətlər ilk növbədə Azərbaycan xalqı ilə İsrail xalqı arasında olan yaxşı münasibətlərə əsaslanır. Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icmasına göstərdiyi bütün münasibətə görə Azərbaycan xalqına dərin minnətdarlığımızı bir daha vurğulamaq istəyirəm. Bu, münasibətlər üçün yaxşı zəmin yaradır. Bizim Azərbaycan xalqı ilə yəhudi xalqı, hökumətlər arasında gözəl münasibətlərimiz var”, – deyə nazir bildirib.

E.Kohen qeyd edib ki, İsrail və Azərbaycan iqtisadiyyat, turizm, təhlükəsizlik sahələrində fəal əməkdaşlıq edirlər.

“Biz Azərbaycanı strateji tərəfdaş hesab edirik. Ticarət əlaqələri şübhəsiz ki, genişlənəcək. Mən buraya potensialı reallaşdırmaq və iki ölkə arasında əlaqələri daha da gücləndirmək üçün gəlmişəm. Biz innovasiyalar, kibertəhlükəsizlik və təhsil sahələrində müqavilələr imzalayacağıq. Hökumətlərimiz ikitərəfli əməkdaşlığı gücləndirməyi qarşılarına məqsəd qoyublar. Məqsədim əlaqələri daha yüksək səviyyəyə qaldırmaqdır, bunun üzərində işləyirik. Əminəm ki, biz qarşıdan gələn biznes forumun bəhrəsini görəcəyik”, – deyə nazir əlavə edib.

Share: