Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıblar

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıblar

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.

19:43

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin Zirvə toplantısına hazırlıq müzakirə edilib.

Share: