Azərbaycan XİN-dən Hindistana CAVAB

Azərbaycan XİN-dən Hindistana CAVAB

“Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibinin bölgədəki son gərginliklə bağlı şərhində konkret təcavüzkarın kim olduğu bəlli deyil”.

Oxu.Az-ın məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva belə bəyanatla çıxış edib.

“Açıqlamada təcavüzkarın kim olduğu bəlli olduğu təqdirdə bu məsələ tərəfimizdən şərh edilə bilər”, – deyə o əlavə edib.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Arindam Bağçi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi münasibət bildirib .

O, sərhəddəki vəziyyəti diplomatik yolla həll etməyə çağırıb. Arindam Bağçi qeyd edib ki, münaqişə hərbi yolla həll edilə bilməz.

Share: