Azərbaycanda İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü TAPILDI

Azərbaycanda İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü TAPILDI

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı Əhəd Behbudovun iş otağında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazirda Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

20:07

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

APA xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.

Ölümün səbəbi araşdırılır.

Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.

 

Share: