“Hazırda Azərbaycan Tibb Universitetində Türkiyə vətəndaşı olan 700-dən çox tələbə və 10-a yaxın rezident ali tibb təhsili alır”.
Bu barədə səhiyyə naziri Teymur Musayev məlumat verib.
Nazir onu da bildirib ki, hazırda xəstəxanaların təchizatının böyük əksəriyyətini Türkiyə istehsalı olan avadanlıq və alətlər təşkil edir.
“Türkiyənin 1000-dən çox dərman vasitəsi Azərbaycanda qeydiyyatdan keçib”, – deyə T.Musayev əlavə edib.