Azərbaycanın bəzi ərazilərinə qar yağıb

Azərbaycanın bəzi ərazilərinə qar yağıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb, bəzi yerlərdə yağış, qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 10-u saat 14:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4,5 metrdir.

Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur. Qərb küləyi Zaqatala rayonun yüksək dağlıq ərazilərində 34 m/s-dək güclənib, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dir. Gəncə, Goranboy, Altıağac, Bərdə, Qobustan, Tərtər, Quba, Şabranda külək zəifləyib.

Zaqatala, Qax, Şəkidə arabir yağış, Şahdağda və Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə arabir qar yağıb.

10:28

Noyabrın 10-da saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü dörd metrdir.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur.

Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək sürətlə külək əsir.

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.

Share: