Azərbaycan ağırlıqqaldıranı Yunis Bayramov Moldovanın paytaxtı Kişineuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb.
Ağır Atletika Federasiyasından verilən məlumata görə, yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 99 kq-ı ram edib və bu hərəkətdə yarışın bürünc mükafatçısı olub.
Təkanla qaldırmada 112 kq-ın öhdəsindən gələn atlet həm bu hərəkətdə, həm də yekun sıralamada 211 kq (99+112) nəticə ilə 4-cü yeri tutub.
Qeyd edək ki, daha əvvəl Turan Əliyev (67 kq) yaşı 17-yə qədər olan oğlanlar arasında Avropa üçüncüsü olub.