Bu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb.
Olay.az yazır ki, bu, Avropada məşhur olan danimarkalı Mads Enqqaarddır.
O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir.
Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.
Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari”, Nadir Rüstəmlinin “Fade to black” mahnılarının səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib.