İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin vitse-prezidenti Cevdət Yılmazla ticarət dövriyyəsinin artırılması istiqamətində həyata keçirilən işləri müzakirə edib.
Bu barədə nazir özünün “Twitter” hesabında bildirib.
“Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın qəbulunda olduq. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin ən yüksək zirvəyə çatdığını məmnunluqla vurğuladıq. Ticarət dövriyyəsinin artırılması hədəfi istiqamətində həyata keçirilən işlər və iqtisadi əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”, – deyə nazir qeyd edib.
Türkiyənin vitse-prezidenti @_cevdetyilmaz-ın qəbulunda olduq. ??-?? strateji tərəfdaşlığının və müttəfiqliyinin ən yüksək zirvəyə çatdığını məmnunluqla vurğuladıq. #Ticarət dövriyyəsinin artırılması hədəfi istiqamətində həyata keçirilən işlər və #iqtisadi əməkdaşlığın… pic.twitter.com/3zpenetXjN
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 27, 2023