Azərbaycanlı müğənni ad günündə nişanlandı

Azərbaycanlı müğənni ad günündə nişanlandı

Müğənni Sevinc Musayeva nişanlanıb. 

Oxu.Az xəbər verir ki, ifaçı nişanından fotoları sosial şəbəkədə paylaşıb.

Sevinc bildirib ki, molla kəbini də kəsdiriblər:

“Ad günümdə “hə” dedim. Hər ikimiz müdrik yaşda və sadə olduğumuz üçün dəbdəbəli, görüntülü məclisləri sevmirik. Sadəcə, valideynlərin icazəsi ilə öz aramızda bu xoş günümüzü qeyd edib, bir birimizə halal olmaq üçün kəbin kəsdirdik. Nikah birdəfəlik toyda olacaq, inşallah. Hər ikimizin atalarının ruhu şad oldu. “Hə” dediyim insanın kim olduğunu toyumuzda biləcəksiniz. Özünü zəmanə çirkinliklərindən, bataqlıqlarından qoruyan, ağıllı, zəhmətkeş, gözü və ürəyi tox, tərbiyəli, özünə hörmət edən Azərbaycan xanımlarına və oğlanlarına bu gözəl münasibətdən, təmiz niyyətdən, qarşılıqlı sevgidən qismət olsun.

Çoxları elə bilirdi ki, Sevinc Musayeva ailə qurmaq üçün pullu, yaraşıqlı, maşınları, villaları olan, ana-ata hesabına yaşayan ağ atlı oğlan gözləyir. Bilmirdilər ki, Sevincin dəyər verdiyi məqamlar başqadır”.

Sevinc bəyin fotosunu yayımlasa da, onun üzünü gizlədib.

Share: