Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmalar internet məkanında da öz təsirini göstərməkdədir.
Fəal sosial şəbəkə istifadəçilərimiz Ermənistanın təxribatını bütün dünyaya çatdırmaq üçün müxtəlif həştəqlərdən istifadə edərək qarşı tərəfin planlarını alt-üst edirlər.
Belə ki, kütləvi olaraq #StopArmenianTerror və #KarabakhisAzerbaijan həştəqləri altında başladılan kampaniya Ermənistanın “Twitter” trendinə çevrilib.