Azarkeşlər “Çelsi”nin baş məşqçisini təhdid edirlər: “Uşaqlarımın ölməsini istəyirlər”

Azarkeşlər “Çelsi”nin baş məşqçisini təhdid edirlər: “Uşaqlarımın ölməsini istəyirlər”

“Çelsi”nin baş məşqçisi Qrem Potter komandanın uğursuz nəticələrindən sonra azarkeşlərin təzyiqi ilə üzləşib.

İngiltərəli mütəxəssis azarkeşlərdən dəstək mesajları ilə yanaşı, təhdidlər gəldiyini də söyləyib.

“Bəzi azarkeşlər dəstək olurlar. Amma mənim və uşaqlarımın ölməyini istəyənlər də var. Burada təzyiq altındayam. Bu, mətbuata da sərf edir. Mövcud vəziyyətdən gündəm yaradırlar”.

Mütəxəssis keçən ilin sentyabrında “Çelsi”nin baş məşqçisi təyin edilib. Qış transfer pəncərəsi zamanı yeni oyunçuların alınmasına böyük məbləğlər xərcləyən “zadəganlar” “qara zolaq”dan çıxa bilmirlər. Komanda Premyer Liqada 23 matçda 31 xal toplayıb və 10-cu sıradadır. Çempionlar Liqasının 1/8 finalında səfərdə Dortmund “Borussiya”sına uduzan (1:0) “Çelsi” ölkə çempionatının son turunda da autsayder “Sauthempton”la bacarmayıb – 0:1.

Mənbə: “The Mirror”

Share: