Yay mövsümünün yaxınlaşması və isti günlərin gəlməsi ilə Bakı çimərliklərində və sahil kəndlərində müxtəlif neqativ tendensiyalar yenidən özünü büruzə verməyə başlayır.
Calibre.Az-ın xəbərinə görə, xüsusilə də əvvəllər hər kəsə açıq olan və dənizə gedən küçələrdən birində villa sahibləri özbaşına şlaqbaum quraşdırıblar və bununla da yolun qarşısını kəsiblər.
Bu barədə Bakının Xəzər rayonunun Buzovna kənd sakinləri bildiriblər.
Fakt barədə Xəzər rayon İcra Hakimiyyəti məlumatlandırılıb və bu özbaşınalığa reaksiya verilməsi gözlənilir.