Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.
01:07
Bakı Sağlamlıq Mərkəzində baş verən yanğınla əlaqədar pasiyentlər və işçilər təxliyə olunublar.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğınla əlaqədar binaya elektirik verilişi dayandırılıb.
Hazırda ağır xəstəliyi olan pasiyentlər müxtəlif özəl klinikalara yerləşdirilir.
Hadisə ilə bağlı FHN ikinci dərəcəli çağırış elan edib.
Əraziyə 10-a yaxın yanğınsöndürən avtomobil cəlb olunub.
00:52
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən “Report”a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.