Bakı sakinini avtomobil vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

1988-ci il təvəllüdlü Rəşad Seyidov yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Share: