Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, zolaq yolun “Şamaxinka” adlanan hissəsindən Masazır dairəsinədək olan hissəsini əhatə edəcək.
Artıq yolun böyük hissəsində xüsusi zolağın çəkilişi başa çatdırılıb.
İşlər tam başa çatdıqdan sonra avtobus zolağına daxil olan minik avtomobilləri inzibati qaydada cərimələnəcək.
Qeyd edək ki, Bakı-Sumqayıt yoluna avtobus zolağının çəkilməsi xeyli vaxt idi müzakirə edilirdi. Bu yolda yüzlərlə iritutumlu avtobusun tıxacda qalması etirazlara səbəb olurdu.