Bakıda binanın həyəti qanunsuz dayanacağa çevrilib

Bakıda binanın həyəti qanunsuz dayanacağa çevrilib

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində doqquzmərtəbəli binanın həyəti qanunsuz şəkildə şlaqbaumla bağlanılıb.

Bu barədə Oxu.Az-a bina sakinlərinin şikayəti daxil olub. Şikayətçilər iki ildir ki, həyətin dayanacaq kimi istifadə edildiyini bildiriblər:

“Bina 72/74-ün həyəti iki ildir ki, bu vəziyyətdədir. Kimin etdiyini dəqiq bilmirik. Bir qrup şəxs gəlib bağladı. Bununla bağlı aidiyyəti üzrə dəfələrlə Mənzil Kommunal Xidmətinə zəng etmişik. Amma heç bir tədbir görülmədi. Görünən odur ki, Mənzil Kommunal Xidməti özü buna şərait yaradır”.

Sayad Həsənli

 

Share: