Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, İ.Hacıyev küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənərək mənzilə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 110 kvadratmetr olan üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları, plastik pəncərə çərçivəsi 6 kvadratmetr sahədə, bir ədəd “BOSCH” markalı kondisionerin mühərriki, bir ədəd “SHİVAKİ” markalı soyuducu yanıb.
Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.
22:20
Bakının Binəqədi rayonunda çoxmərtəbəli binanın 9-cu mərtəbəsində mənzil yanır.
Oxu.Az-ın məlumatına görə, hələ ki, zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Müvafiq görüntüləri təqdim edirik.