Bakıda avtomobil yollarında sıxlıq olan ərazilər açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq olan yolların siyahısını təqdim edirik:
– Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
– Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
– Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
– Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
– Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
– Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
– Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
– Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
– “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.