Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialının binası qəzalı vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, qəzalı vəziyyətdə olmasına baxmayaraq, mütaliə etmək istəyən oxucular kitabxanaya üz tuturlar.
Lakin acınacaqlı vəziyyət onların da haqlı narahatlığına səbəb olur.
Kitabxanada 24 minə yaxın kitab var. Filialda yer olmadığından binada kitabların az hissəsi yer alıb. Rütubətli yerdə kitabların hansı vəziyyətdə olduğunu görməyə işçilər icazə verməyiblər.
Görkəmli şəxsiyyətin adını layiqincə daşımayan kitabxananın aqibəti ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edilib. Bildirilib ki, binaya texniki baxış keçirilir. Nəticə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Daha ətraflı süjetdə: