Bakıda məktəbdə tüstülənmə olub.
“Report”un əldə etdiyi məlumata görə, hadisə bu gün paytaxtın Nizami rayonu ərazisində yerləşən 242 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, təhsil ocağının inzibati binasında anidən tüstülənmə başlayıb. Daha sonra məktəb əməkdaşları tüstülənmənin qarşısını alıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.