Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunun birinci günü başa çatıb.
APA xəbər verir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutan forumda dövlət rəsmiləri, ölkənin tanınmış musiqiçiləri iştirak edib.
Forumun ilk günündə açılış nitqləri ilə yanaşı “Azərbaycanda musiqi təhsili – bəstəkarlıq və ifaçılıq məktəbləri” və “Ənənəvi musiqi janrları” adı altında panel müzakirələri olub.
Müzakirələr zamanı panel mövzularına uyğun təklif və tövsiyələr irəli sürülüb.
Forum öz işinə sabah da davam edəcək və oktyabrın 31-də başa çatacaq.
Xatırladaq ki, bundan öncə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Teatr, Kino və Azərbaycan dili və ədəbiyyatı forumları da keçirilib.
11:46
Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Musiqi forumu” keçirilir.
“Report” xəbər verir ki, tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
“Gülüstan” sarayında keçirilən festivalda, mədəniyyət nazir Adil Kərimli, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.