Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Buzovnada neft məhsulu ilə çirklənmiş dəniz sahilinə baxış keçiriblər.
Bu barədə qurumdan Oxu.Az-ın sorğusuna verilən cavabda deyilir.
Qeyd olunur ki, nazirlik əməkdaşları laboratoriya analizi üçün dənizin suyundan örnəklər götürüblər.
“Laboratoriya nəticələri vasitəsilə ən qısa zamanda problemin nədən qaynaqlandığı aşkar ediləcək”, – deyə məlumatda bildirilir.
12:54
Buzovna çimərliyində iyrənc, eyni zamanda təhlükəli vəziyyət yaranıb. Belə ki, ləpədöyəndə uzun bir zolaq neft tullantıları ilə çirklənib.
Məsələ ilə əlaqədar sakinlər tərəfindən Oxu.Az-a şikayət daxil olub.
Videodan da göründüyü kimi, Buzovna çimərliyinin “Buz Bar” adlandırılan ərazisindəki çirklilik nəzərəçarpacaq dərəcədədir. Bəzi sakinlər isə iyrənc mənzərəyə baxmayaraq, dənizə girməkdən çəkinmirlər.
Aysel Aslanqızı