Bakıda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
APA xəbər verir ki, hadisə Heydər Əliyev Prospektində, Şəfa stadionun yaxınlığında qeydə alınıb.
Avtomobillərin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı “Toyota Prius” və “Mercedes” avtomobilləri toqquşub:
“İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Mercedes”in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, “Koroğlu” metrosu istiqamətində “Mercedes” markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn “Toyota Prius” avtomobili “Mercedes”ə çırpılıb. Üç nəfər hadisə yerində ölüb. “Toyota Prius”un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.
13:34
Bakıda ağır yol qəzası olub, üç nəfər ölüb.
“Report” xəbər verir ki, hadisə Nizami rayonunda, “Şəfa” stadionu yaxınlığında qeydə alınıb.
Qəza “Mercedes” markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
13:20
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə “Toyota Prius” və “Mercedes C Class”ın iştirakı ilə qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində insan itkisi var.