Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.
Belə ki, yerüstü piyada keçidinin altından keçən 30-35 yaşlı qadını Anar Fəhiyar oğlu Bayramovun idarə etdiyi 10-UT-528 dövlət nömrə nişanlı, “BMW” markalı minik avtomobili vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Sürücü məsuliyyətə cəlb edilib.