Bakıda “təbiət qoynundakı istirahət məkanı”ndakı “səhv” aradan qaldırıldı

Bakıda “təbiət qoynundakı istirahət məkanı”ndakı “səhv” aradan qaldırıldı

Bakı şəhərində yerləşən istirahət məkanlarından birində ağac gövdəsinə bərkidilən pilləkən tutacağı ləğv edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətinin Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd edilib ki, birlik tərəfindən zəruri tədbirlər görülüb:

“Ağaca bərkidilən dəmir məhəccər götürülüb”.

12:48

Bakı şəhərində yerləşən istirahət məkanlarından birində ağac gövdəsi pilləkən tutacağı kimi istifadə edilib. 

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində fəaliyyət göstərən istirahət məkanlarından birində dəmir məhəccər ağaca bərkidilib. 

Qeyd edək ki, həmin ağacın dibi betonlanmışdı. Bir neçə gün əvvəl ağacın dibi betondan  təmizlənib, amma tədbir görülən zaman ağaca bərkidilən tutacaq çıxarılmayıb. 

Share: