Bakıda valideynlərini itirən bacı və iki qardaş acınacaqlı vəziyyətdə yaşayırlar

Bakıda valideynlərini itirən bacı və iki qardaş acınacaqlı vəziyyətdə yaşayırlar

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində valideynləri itirən bacı və iki qardaş acınacaqlı vəziyyətdə yaşayırlar.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Ata-anası vəfat edən üç uşaq bir-birinə tutunaraq uçuq-sökük vəziyyətdə bir daxmada yaşayır. Sözügedən bacı-qardaşlar Hövsan kəndi “zeytun zavxozu” deyilən ərazidə qalırlar.

Böyük qardaşın 23, bacının 18, kiçik qardaşın isə 14 yaşı var. İlkin məlumata görə, kiçik bacı-qardaş peşə məktəbində oxuyur, böyük qardaş isə günəmuzd fəhlə işləyir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, uşaqların atası 2012-ci ildə vəfat edib. Anası isə bir neçə il öncə avtomobil qəzası nəticəsində ölüb. Ailənin böyük övladı qazancı ilə gündəlik qida və yol xərclərini güclə qarşılayır. Bu səbəbdən evin külli miqdarda kommunal xərcləri yığılıb.

İlkin məlumata görə, “Azərişıq” ASC-yə elektrik sərfiyyatına görə təxminən 200 manata, “Azəriqaz” İB-yə isə təbii qaz sərfiyyatına görə təxminən 500 manata yaxın borc yaranıb. Borc səbəbindən aidiyyəti qurumlar evin qaz və işıq təchizatını dayandırıblar.

Həmin evin acınacaqlı vəziyyətini əks etdirən görüntüləri təqdim edirik:

Share: