Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:
1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
2. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;
3. Yusif Səfərov küçəsi, hər iki istiqamətdə;
4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
5. Zərifə Əliyeva küçəsində;
6. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. “20 Yanvar” dairəsində;
9. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Ağa Neymətulla küçəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
14. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
15. Heydər Əliyev prospekti, mərkəz istiqamətində;
16. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
17. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
18. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
19. Mikayl Müşfiq küçəsi, “Badamdar dairəsi”ndən 20 saylı məktəb istiqamətində;
20. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
21. Ziya Bünyadov prospekti, “Çermet “ körpüsü “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.