Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasının enerji bloklarından birinin partladılması təhlükəsi ilə bağlı məlumatlar yayılır.
“Bununla bağlı artıq Ukraynanın bütün şəhərlərinə, hətta qonşu ölkələrə xəbərdarlıq edilir. Bildirilir ki, gözlənilən hadisə baş verərsə, insanları radiasiyadan qorumaq üçün onlar arasında təbliğat aparılsın”, – deyə jurnalist qeyd edib.