Bali sahillərində turist layneri alovlanıb

İndoneziyanın Bali sahillərində turist layneri “Mutiara Timur I” alovlanıb.

Bu barədə yerli ANTARA nəşri məlumat verib.

Agentliyin məlumatına görə, yanğın gəmi Bali boğazından keçən zaman başlayıb. Hazırda adanın limanlarından birinə gedən laynerdən qatı qara tüstü qalxır.

Yerli Tandjunqvanqi Vidodo limanının təhlükəsizlik rəisi hadisə barədə məlumatı təsdiqləyib. 

““Mutiara Timur I” laynerində həqiqətən də yanğın olub”, – deyə o bildirib.

O, sərnişinlərin və ekipajın xilas edilməsi işlərinə respublikanın Hərbi Hava Qüvvələrinin cəlb edildiyini qeyd edib.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Hazırda sərnişinlər təxliyə edilir.

 

Share: