“Bavariya” Almaniya Bundesliqasının VII turunu böyük hesablı qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, Munhen klubu öz meydanında “Frayburq”u üstələyib – 3:0.
Kinqsli Komanın dubl etdiyi qarşılaşmada digər qolu Leroy Sane vurub.
Qələbə sayəsində xallarını 17-yə çatdıran “Bavariya” üçüncü pillədədir. “Ayntraxt” isə 10 xalla doqquzuncudur.
Faiq Tahirov