ABŞ prezidenti Co Bayden koronavirusdan sağaldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
ABŞ prezidenti daşqınlardan zərər çəkmiş ailələri ziyarət etmək üçün Kentukki ştatının cənub-şərqinə səfər etmək məqsədilə aerodroma gəlib. O, jurnalistlərlə söhbət edib.
Xatırladaq ki, Bayden iyulun 30-dan bəri özünütəcrid rejimində olub. O, işini məsafədən davam etdirib.
Mənbə: gazeta.ru