Bayden Priqojinin ölümündən danışdı

Bayden Priqojinin ölümündən danışdı

ABŞ Prezidenti Co Bayden avqustun 23-də Rusiyanın Tver vilayətində baş vermiş təyyarə qəzasına münasibət bildirib.

80 yaşlı siyasətçi qeyd edib ki, baş verən faciə onu təəccübləndirməyib.

“Lakin mən hələ nəyin baş verdiyini dəqiq bilmirəm”, – C.Bayden fikrinin davamında söyləyib.

ABŞ prezidenti həmçinin əlavə edib ki, qəzanın səbəbləri ilə bağlı sualın cavabını bilmək üçün kifayət qədər məlumata sahib deyil.

Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətində “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub. O, qəzada həyatını itirib.

Mənbə: Ren.tv

Share: