Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir neçə gündür Astara rayonunun sitrus bağlarında naringi yığımına başlanılıb. Yağışlı hava şəraiti bu il məhsuldarlığı aşağı salıb. Bununla belə bazarda qiymətlərin dəyişməz olaraq qalması fermerlərin heç də ürəyincə deyil.
Fermer Talıb Babayev deyir ki, keçən il bir ağac 50-60 kq məhsul verirdisə, cari il bu göstərici 15-20 kq-a bərabərdir.
Alıcılar isə bazardakı qiyməti yetişdirilən məhsulun kiçikölçülü olması ilə əlaqələndirirlər.
Daha ətraflı Baku TV-nin süjetində: