Belarus Milli Elmlər Akademiyasının alimləri ölkə tarixində ilk idman elektromobilini təqdim ediblər.
Onun çəkisinin 1 tondan artıq olduğu qeyd edilir.
Avtomobildə olan elektronikanın əksəriyyəti Belarus istehsalıdır.
0-dan 100 km/saata qədər elektromobil 6 saniyəyə sürətlənir, lakin tərtibatçılar bu vaxtı 4 saniyəyə qədər azaltmağı planlaşdırırlar.
Məlumata görə, idman elektromobilinin yaradılması layihəsinin məqsədi elektromobillər üçün komponent bazasının elementlərini – akkumulyatorları, elektrik mühərriklərini və digər aqreqatları sınaqdan keçirməkdir.
Mənbə: gazeta.ru