Model Bella Hadid imicini dəyişərək özünü Merilin Monroya oxşayıb.
Oxu.Az-ın məlumatına görə, o bununla bağlı videonu özünün “Instagram” hesabında paylaşıb.
Yayımlanan videoda 26 yaşlı Bella Hadidin 1950-ci illərin seks-simvolu kimi saçını sarıya boyaması əks olunub.
Pərəstişkarları modelin kospleyini yüksək qiymətləndiriblər.
“2024-cü ildə Monro”, “Onun adı Bella Monro idi”, “Hadid-Monro? Bu heyrətamizdir”, “Hollivud divası”, “Bella, daha bir şəkil və mən saçımı sarıya boyayacağam”, – deyə izləyiciləri şərhlərdə yazıblar.