Bihter və Behlül illər sonra eyni masada

Bihter və Behlül illər sonra eyni masada

“Qalatasaray” futbol klubunun və türk futbolunun əfsanəvi siması Fatih Terimin 70 yaşı tamam olub.

Təcrübəli məşqçinin doğum günü məclisi bir növ ulduzlar keçidinə çevrilib.

Boğazda təşkil edilən ziyafətə Hagi, Ümit Davala, Necati Ateş və Hasan Şaş kimi futbolçular və sənət dünyasından məşhur adlar da qatılıblar.

Terim məclisin keçirildiyi məkana qayıqla və Çempionlar Liqası musiqisinin müşayiəti ilə giriş edib.

Ziyafətə həmçinin məşhur “Aşk-ı Memnu” serialının ulduzları Kıvanç Tatlıtuğ və Beren Saat da qatılıblar. Onların eyni masada əyləşməsi gözdən yayınmayıb. Sosial şəbəkədə bu görüntülər “Behlül və Bihter illər sonra eyni masada” başlığı ilə paylaşılıb.

Həmçinin Beren Saatın əri Kənan Doğulunun onların arasında oturması da diqqət çəkib.

Mənbə: Haber Global

Share: