Azərbaycanda avtomobil qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və həmin partiyadan olan millət vəkili Şamil Ayrımın həyatı üçün təhlükə yoxdur.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, siyasətçilərin müəyyən əzilmə və ağrıları olsa da, onların həyatları təhülkə altında deyil.
Türkiyəli rəsmilərin hazırda həkim nəzarətində olduğu vurğulanıb.
23:07
Azərbaycanda yol-nəqliyyat hadisəsi yaşayan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım hadisə ilə bağlı paylaşım edib.
O, öz vəziyyətilə bağlı “Twitter” səhifəsində məlumat verib.
“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada nəzarət altındayıq. Dua edən və xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm”, – siyasətçi qeyd edib.
Azerbaycan seyahatimiz sırasında bir trafik kazası geçirdik.
Allah’a şükürler olsun ki durumumuz iyi. Tedbir amaçlı hastanede kontrol altındayız.
Dua eden, geçmiş olsun dileklerini ileten herkese teşekkür ediyorum.
— Binali Yıldırım (@BY) October 20, 2022
22:02
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycanda səfərdə olarkən qəzaya düşən Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın, həmçinin avtomobildə olan mühafizəçinin səhhəti barədə məlumat verib.
O, bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Mən onlarla əlaqə saxladım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır və qəzadan yüngül xəsarətlərlə qurtulublar”, – nazir qeyd edib.
Azerbaycan ziyaretinde olan Sn. Binali Yıldırım’ın korumasıyla milletvekili arkadaşımız Şamil Ayrım’ın da bulunduğu aracı kaza yaptı. Kendisiyle görüştüm. Üçünün de sağlık durumunun iyi olduğunu, kazayı hafif atlattıklarını öğrendim. Tekrar geçmiş olsun dileklerimi sunuyorum.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) October 20, 2022
21:35
Azərbaycanda Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın avtomobili qəzaya uğrayıb.
AK Partiyadan verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən siyasətçilərin avtomobili Zəngilan Hava Limanına gedən yolda qəzaya uğrayıb.
Səhhətləri yaxşı olan Binəli Yıldırım və Şamil Ayrım yoxlanış məqsədilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıb.
Onlara dəstək olmaq üçün AK Partiya sədr müavini Ömər Çelik və Efkan Alanın da Bakıda qalacağı bildirilib.
Həmçinin, avtomobilin sürücüsünün vəziyyəti də qənaətbəxş olaraq qiymətləndirilib.
Mənbə: Haber Global