Bir yaşlı körpə ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Çinarə Həsənova məlumat verib.
O qeyd edib ki, hadisə 31 iyul tarixində ehtiyatsızlıqdan baş verib:
“Bir yaşlı oğlum Uğur Həsənov təzəlikcə yeriməyə başlayıb. Bəzən yeriyərkən yıxılır. Həmin gün yeriməyə çalışarkən yenidən yıxıldı və süfrədən tutmağa cəhd göstərdi. Bu zaman süfrədə olan qaynar çaydan onun üzərinə dağıldı. Övladım Bakıda yerləşən xəstəxanalardan birində müalicə alırdı. Hazırda evimizdəyik. Müalicələri davam etdirməli olsaq da, buna imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm. Övladımın dərman və mazlarını almaq üçün 520 manata ehtiyacımız var”.
Əlaqə nömrəsi: (050) 962-30-16.