Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün Kiyevdə yenidən bir neçə dəfə həyəcan siqnalı eşidilib. Belarus istiqamətindən təhdidlərin xüsusilə artdığı deyilir.
Məlumata görə, Baxmut və Toretsk istiqamətində azərbaycanlı Məmmədov qardaşlarına məxsus böyük ferma təsərrüfatı raket hücumları nəticəsində tamamilə məhv edilib.
O da bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin elan etdiyi səfərbərliklə cəbhəyə göndərilən hərbçilərdən 45 nəfəri son 3 gündə Ukrayna Ordusu tərəfindən əsir götürülüb.
“Əsirlərin arasında erməni əsilli Armen Qandilyan da var. O, Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı təcavüzdə iştirak etdiyini də etiraf edib”, – deyə məlumatda qeyd edilib.